RU

Dünyada ən çox QAZANAN modellər

ain.az, Lent az portalına istinadən məlumat verir.

Linda Evangelista bir dəfə deyib ki, onu 10 min dollardan az pula yataqdan qaldırmaq mümkün deyil. Bizim siyahımızdakı modellər isə bu həddi çoxdan keçiblər və indi milyardlar qazanırlar. 

Lent.az xarici mediaya istinadla öz görünüşlərinə görə inanılmaz böyük məbləğlər alan modelləri təqdim edir.

Liu Ven

Çinli və ən məşhur asiyalı model Liu Ven həmişə ən çox qazanan modellər siyahısında görünür. O, Victoria’s Secret podiumunda çıxış edən ilk asiyalı model olub. 2016-cı ildə New York Times onu “Çinin ilk həqiqi supermodeli” adlandırıb. Podium və çəkilişlərdən əlavə, Liu Ven Estée Lauder və Maybelline-in simasıdır və sosial şəbəkələrdə də qazanır.

Bella Hadid

90-cı və 2000-ci illərin dəblərini geri qaytarmaqda ustalıq edən stil ikonasını dəb dünyası ilə az-çox maraqlanan hər kəs tanıyır. Bella Hadid ən çox qazanan supermodellər siyahısındadır, amma onun qazancı 19 milyon dollardır.

Onun gəlirinin böyük hissəsini tanınmış dizaynerlərin podium nümayişləri və reklam kampaniyaları təşkil edir. Lakin son zamanlar Bella siyasi mövqeyinə görə bəzi kontraktlarını itirir.

Cici Hadid

Təbii ki, Bellanın bacısı Gigi də siyahıdadır! O, bir qədər çox – 20 milyon dollar qazanır. Onun gəlirinin əhəmiyyətli hissəsi yalnız podium və reklam çəkilişlərindən deyil, həm də sosial şəbəkə reklamlarından gəlir. Bundan başqa, Gigi tez-tez dizaynerlərlə kolaborasiyalar edir ki, bu da gəlirini artırır.

Adriana Lima

30 milyon dollar – bu, braziliyalı modelin və Victoria’s Secret-in “ən uzunömürlü mələyinin” illik qazancıdır.

Adriana podium çıxışlarından, reklam kontraktlarından və tədbirlərdə aparıcı və ya fəxri qonaq kimi iştirakından xeyli gəlir əldə edir.

Doutzen Kroes

Hollandiyalı supermodel artıq podiumlarda o qədər də tez-tez görünmür, amma buna baxmayaraq, hələ də, məsələn, İrina Şeykdən qat-qat çox qazanır.

Doutzen reklam müqavilələri, sosial şəbəkələr və L'Oréal Paris və Hunkemöller markaları ilə əməkdaşlıq sayəsində təxminən 32 milyon dollar qazanır.

Jizel Byundhen

Bu möhtəşəm braziliyalı supermodel ən yüksək gəlirli modellər siyahısında daimi yerini tutub: brendlər onun reklam kampaniyalarında görünməsi üçün digərlərindən daha çox pul ödəməyə hazırdır.

Hazırda ulduz 33 milyon dollar qazanır və Pantene kimi onlarla brendi təmsil edir.

Kendall Cenner

Onu hər böyük nümayişdə görürük – podiumda olmasa da, ön sırada. Lakin ulduzun qazancı təkcə modellinqdən gəlmir – Kendall ildə 40 milyon qazanır.

O, sosial şəbəkələrdən gəlir əldə edir, öz brendlərini inkişaf etdirir və tədbirlərdə çıxış edir. Kendall həmçinin “onilliyin dəb ikonas”ı seçilib və dünyanın ən üslublu insanları siyahısına davamlı olaraq düşür.

Karli Kloss

Amerikalı model Kendall Jenner qədər qazanır. Amma onu da qeyd etmək lazımdır ki, Karlie yalnız modellinqdən və reklamdan deyil, həm də investisiya fəaliyyətindən gəlir əldə edir.

O, əsl biznes xanımıdır və qazancını necə artırmağı yaxşı bilir.

Krissi Teyqen

Amerikalı model populyarlıqda siyahının digər iştirakçılarına uduza bilər. Lakin ABŞ-da onu sadəcə sevirlər – Krissi məşhur “Lip Sync Battle” proqramının aparıcısıdır və kulinariya kitabları nəşr edir.

O həm də şok etməyi sevir: tez-tez qırmızı xalçada “ən cəsur” geyim seçən ulduzlar siyahısında olur.

Naomi Kempbell

“Qara pantera” əsl canlı əfsanədir. 2019-cu ildə "Time" jurnalı onu dəb dünyasının ən nüfuzlu 25 adından biri kimi göstərib. Brendlər Naominin podiumda və ya ön sırada görünməsi üçün böyük məbləğlər ödəməyə hazırdırlar.

Naomi bu gün təkcə modellinqdən deyil, həm də öz yaratdığı münasib qiymətli ətir xəttindən qazanır. Onun qazancı 70 milyon dollar dəyərində qiymətləndirilir. Bəzi mənbələr isə onun sərvətini bundan 9 milyon dollar artıq göstərir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
lent.az

1Источники