RU

Dəri xərçəngi riskini azaltmaq üçün sadə bir vasitə tapıldı

Elm adamları B3 vitamininin törəməsi olan nikotinamidin qeyri-melanoma dəri xərçəngi riskini azaltdığını təsdiqləyiblər.

E-saglam.az xəbər verir ki, dermatoloqlar tərəfindən uzun müddətdir profilaktika məqsədilə istifadə edilən bu maddə ilə bağlı aparılan genişmiqyaslı tədqiqatın nəticələri JAMA Dermatology jurnalında dərc olunub.

Tədqiqatda 33 mindən çox xəstə iştirak edib. Nəticələrə görə, gündə iki dəfə 500 mq nikotinamid qəbul edənlərdə yeni dəri xərçəngi halları nəzarət qrupuna nisbətən 14 faiz daha az qeydə alınıb. Xüsusilə xəstəliyin ilk hadisəsindən sonra təsirin güclü olduğu müəyyən edilib: təkrarlanma ehtimalı 54 faiz azalıb. Ən böyük fayda isə skuamöz hüceyrəli karsinomanın qarşısının alınmasında müşahidə olunub.

Mütəxəssislər bildirirlər ki, bu nəticələr nikotinamidin istifadəsi ilə bağlı yanaşmanı dəyişə bilər – preparat yalnız çoxsaylı relapslardan sonra deyil, daha əvvəl də təyin olunmalıdır. Bununla yanaşı, orqan transplantasiyası keçirmiş xəstələrdə ümumi qoruyucu təsir qeydə alınmasa da, dərmanın erkən istifadəsi bəzi dəri xərçəngi formalarının riskini azalda bilər.

Qeyd edək ki, bundan əvvəl aparılan araşdırmalar aspirinin də xərçəngin digər formalarında, xüsusilə kolorektal xərçəngdə, müsbət təsir göstərə biləcəyini aşkar etmişdi.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
7
e-saglam.az

1Источники