Bakı. Trend:
I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “SeaBreeze Resort”un sahibi və təsisçisi, həmçinin "AgalarovDevelopment" şirkətinin prezidenti Emin Ağalarov bir sıraşirkətlərin rəsmiləri ilə mühüm sənədlər imzalayıb.
Trend xəbərverir ki, imzalanan sənədlər aşağıdakıları əhatə edir.
“Sea Breeze Resort” və InterContinental Hotel Group (IHG) CrownePlaza – "Resort"da "Crowne Plaza" standartlarına uyğun xidmətlərintətbiqi nəzərdə tutulur. Memorandumu Emin Ağalarov və IHG-nin CIS,Türkiyə və İsrail üzrə İnkişaf Direktoru Alexis Feuillatimzalayıb.
“Sea Breeze Resort” və Radisson Hotel Group “Radisson Blu” –Memorandum qonaqlara yüksək səviyyəli konfrans və istirahətimkanlarının yaradılmasını təmin edəcək. İmzalanma mərasimində EminAğalarov və Radisson Blu-nun Şərqi Avropada Biznesin İnkişafı üzrəVitse-Prezidenti David Jenkins iştirak edib.
“Sea Breeze Resort” və "Accor Group Rixos" – Memorandumçərçivəsində resortda Rixos otel xidmətləri tətbiq olunacaq vəregionda lüks turizmin inkişafına töhfə veriləcək. Memorandumu EminAğalarov və Accor Group-un MEAIT və Rixos üzrə Senior İnkişafMeneceri Ritvika Sethi imzalayıb.
“Sea Breeze Resort” və "Digital Residence" – Memorandum resortunrəqəmsal infrastrukturunun gücləndirilməsini və onlayn rezervasiyaxidmətlərinin inkişafını əhatə edir. İmzalanma mərasimində EminAğalarov və "Digital Residence" Layihə Meneceri Denis Rudnikiştirak edib.
Tibbi turizm və “Sea Breeze Health Valley” layihəsi – Memorandumtibbi turizmin inkişafını və sağlamlıq xidmətlərinin beynəlxalqstandartlara uyğunlaşdırılmasını təmin edəcək. Sənəd AzərbaycanTurizm Bürosunun CEO-su "Florian Sengstschmid" və "Sea BreezeHealth Valley"in İdarəedici direktoru Konstantin Grinfeldtərəfindən imzalanıb.
Səhiyyə investisiyaları və klaster inkişafı üzrə stratejiəməkdaşlıq – Memorandum səhiyyə sektorunda investisiyalarınartırılmasını və klaster modelinin inkişafını nəzərdə tutur.Memorandumu Azərbaycan Biznesin İnkişafı Fondunun Baş DirektoruYasin Cəlilov və Konstantin Grinfeld imzalayıb.
“Sea Breeze Resort”, "Sana Hospital Group" və "Don AgroInternational" – Memorandum tibbi turizm, səhiyyə və kəndtəsərrüfatı sektorlarının inteqrasiyasını və "Sea Breeze HealthValley" layihəsinin inkişafını əhatə edir. Memorandumu KonstantinGrinfeld, "Sana Hospital Group"un Beynəlxalq Direktoru SvenHeininger və "Don Agro International"ın CEO-su MaratDevlet-Kildeyev imzalayıb.