RU

Malta Fələstin dövlətini rəsmən tanıyacaq

Valletta, 22 sentyabr, AZƏRTAC

Malta BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Fələstin dövlətini rəsmən tanıyacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Maltanın Baş naziri Robert Abela deyib.

“Malta Fələstin dövlətini rəsmi olaraq tanıdığını Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasında elan edəcək”, - deyə o bildirib.

Baş nazir Fələstin dövlətinin tanınmasının tarixi hadisə olduğunu və Maltanın bölgədə sülhün əldə edilməsinə sadiq qaldığını vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniya, Kanada, Avstraliya və Portuqaliya Fələstin dövlətini rəsmən tanıyıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Valletta

Избранный
22
7
azertag.az

8Источники