RU

Ceyhun Bayramov Kallasla görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb.Bu barədə Ceyhun Bayramov "X" hesabında bildirib.

Görüş Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində baş tutub.

Müzakirələr zamanı tərəflər Azərbaycan və Aİ arasında münasibətlərin hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparıb, gələcək inkişaf imkanlarını nəzərdən keçiriblər.

Mövzular arasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi və ticarət əməkdaşlığının genişləndirilməsi, enerji, nəqliyyat, davamlı inkişaf və humanitar təşəbbüslər kimi əsas sahələrdə birgə səylərin artırılması yer alıb.

Tərəflər həmçinin regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıb,Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini müzakirə ediblər.

Избранный
9
14
anews.az

10Источники