Avropa ölkələri ABŞ administrasiyasını Rusiyaya qarşı mövqeyə yönəltmək cəhdlərindən əl çəkmir.
NOCOMMENT.az xəbər verir ki, bunu BMT-də Rusiyanın daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
“Avropalı həmkarlarımızın isterikası az qala əsasən yeni ABŞ administrasiyasını – prezident Donald Trampın rəhbərliyi altında – yenidən antirusiya kursuna qaytarmaq məqsədinə xidmət edir”, – deyə Polyanski vurğulayıb.
Onun sözlərinə görə, Avropa Moskvayla Vaşinqton arasında Alyaskadakı sammit nəticəsində əldə olunmuş razılaşmaları pozmaq istəyir.