PSJ-nin baş məşqçisi Luis Enrike 2025-ci ilin ən yaxşı məşqçisi adına layiq görülüb.
90deqiqe.Az xəbər verir ki, ötən mövsümdə mütəxəssis komandası ilə Fransada çempionluq, Kubok və Superkuboku qazanmaqla yanaşı, Çempionlar Liqasını da fəth edib. Bundan əlavə, Enrique rəhbərlik etdiyi kollektiv Klub Dünya Çempionatının finalına qədər irəliləyib.
Qadın məşqçilər arasında ilin ən yaxşısı İngiltərə millisinin baş məşqçisi Sarina Vigmen seçilib. O, komandasını Avropa Çempionatının qalibi edib. Finalda İngiltərə millisi İspaniyanı penaltilər seriyasında 3:1 hesabı ilə məğlub edib (əsas vaxt 1:1).
Qeyd edək ki, keçən mövsümün finalında Luis Enrique rəhbərlik etdiyi PSJ milanlı “İnter”i 5:0 hesabı ilə məğlub edərək möhtəşəm qələbə qazanmışdı.