RU

Belçika, Lüksemburq və Malta Fələstin dövlətini tanıyıb

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Belçika Fələstin dövlətini tanıyıb.

APA xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Bart De Vever açıqlama verib.

"Fələstin dövlətini tanıyan ölkələr qrupuna qoşulmaqla Belçika bu gün siyasi dünyaya və diplomatik dünyaya güclü mesaj verir", - o bildirib.

Fələstini dövlət kimi tanıyan dövlətlərdən biri də Lüksemburq olub.

Bu haqda ölkənin baş naziri Luk Frieden açıqlama verib.

"Bununla Lüksemburqun bu gündən etibarən Fələstin Dövlətini rəsmi olaraq tanıdığını bəyan edirəm. Bu, bir prosesin sonu deyil, ümid, diplomatiya, dialoq və birgəyaşayış öhdəliyinin başlanğıcıdır", - o bildirib.

Malta da Fələstin Dövlətini tanıdığını elan edib.

"Aydın və birmənalı şəkildə qeyd etməklə başlamaq istərdim ki, Malta Respublikası Fələstin Dövlətini rəsmi olaraq tanıdığını qürurla təsdiqləyir. Biz bunu hər iki xalqın gələcəyini təmin edəcək yeganə həll yolu olan həqiqi və dinc iki dövlət həllinə konkret öhdəliyimizin nümayişi kimi edirik", - Maltanın Baş naziri Robert Abela deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
2
apa.az

3Источники