RU

Parisin İrəvana istənilən yardımı faydasızdır - RƏY

Ermənistan Azərbaycanda yenidən hərbi müstəvidə üz-üzə gəlmək imkanında, qüdrətində deyil

Ermənistan Müdafiə Nazirliyi davamlı olaraq Fransadan və ABŞ-dən ixtisaslaşmış məsləhət xidməti alır. Eyni zamanda Yunanıstan da nazirliyə bir sıra sahələrdə koordinasiyalı yardım göstərir. Bu barədə müdafiə naziri Suren Papikyan NATO-nun Parlament Assambleyasının 108-ci "Rose-Roth" seminarı zamanı bildirib. Papikyan qeyd edib ki, hazırkı mərhələdə əsas səylər yeni model və standartlarla strateji sənədlərin hazırlanmasına, Silahlı Qüvvələrin strukturunun və idarəetmə sisteminin modernləşdirilməsinə, təhsil və təlim imkanlarının inkişafına və digər istiqamətlərə yönəlib. 

Siyasi şərhçi Azər Niftiyev "Sherg.az"a deyib ki, Ermənistan 30 il ərzində işğalçılıq siyasətini davam etdirib, torpaqlarımızı viran qoyub. Ekspert vurğulayıb ki, Ermənistan bunları təkbaşına deyil, hər zaman arxalandığı xarici güclərin dəstəyi ilə həyata keçirib: 

"Ancaq münaqişə artıq başa çatıb. Artıq gündəmdə müharibə yox, sülh danışıqlarının yekunlaşması və sazişin imzalanması məsələsidir. Ermənistan 44 günlük müharibədə çox ağır məğlubiyyətə uğradı, erməni ordusu texnikası ilə bərabər darmadağın edildi. O baxımdan, hazırda İrəvan hökumətinin ordunu nisbətən dirçəltmək üçün müəyyən addımlar atması, bir sıra ölkələrlə əməkdaşlığa başlaması başadüşüləndir. Bunu hardasa erməni xislətinə də bağlamaq olar. Ancaq birmənalı qeyd olunmalıdır ki, Ermənistan Azərbaycanda yenidən hərbi müstəvidə üz-üzə gəlmək imkanında, qüdrətində deyil. Beynəlxalq dairələr, indiyədək Ermənistana siyasi-hərbi yardım etmiş Rusiya, Fransa kimi ölkələr də fərqindədir ki, Azərbaycanın artan geosiyasi fonunda Ermənistana yardım faydasızdır. Eyni zamanda Paşinyan hökuməti də müharibə mərhələsinin qapandığını söyləyir. Ona görə bundan sonra Ermənistandan Azərbaycana qarşı hərbi iddiaların olacağını zənn etmirəm. Ermənistan bunun qarşılığını çox yaxşı bilir və 44 günlük savaşı, antiterror tədbirlərini də unutmayıb".
Избранный
27
1
sherg.az

2Источники