RU

Almaniya XİN rəhbəri ilə Azərbaycan Ermənistan sülh gündəliyi müzakirə edildi

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Almaniyanın xarici işlər naziri Yohan David Vadefulla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri öz X hesabında paylaşım edib.

“Biz Azərbaycan-Almaniya əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, Azərbaycan-Ermənistan sülh gündəliyinin irəliləyişi, digər əsas regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi apardıq.

Həmçinin, avqustda Vaşinqtonda keçirilən tarixi sammitin regionda və ondan kənarda sabitlik və təhlükəsizlik baxımından əhəmiyyətindən danışılıb”, - C.Bayramov vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
27
1
qafqazinfo.az

2Источники