“Barselona”nın gənc ulduzu Lamin Yamal ilə argentinalı müğənni Niki Nikolenin münasibəti sürətlə inkişaf edir.
Publika.az xəbər verir ki, cütlük artıq gizlənmir və açıq şəkildə bir-birinə olan sevgisini nümayiş etdirir.
Bir neçə gün əvvəl Niki futbolçunun “TikTok” paylaşımına şərh yazıb. Yamal “İnter Mayami” forması ilə rəqs etdiyi videonu dərc edib.