Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının (BA) 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfərə gedib.
Senzor.az bildirir ki, Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Nyu-York şəhərinin "John F.Kennedy" Beynəlxalq Hava Limanında rəsmi şəxslər qarşılayıblar.