23 sentyabrda respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Laçına yola salınıb.Metbuat.az xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 86 nəfər köçürülür. Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən köç prosesi nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtması təmin olunur.
Laçına qayıdan sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.Onlar, həmçinin Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinə minnətdarlıq bildirərək şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.