RU

Messi Dembeleni təbrik etdi

BAKI, 23 sentyabr. TELEQRAF

“İnter Mayami”nin kapitanı Lionel Messi PSJ-nin futbolçusu Usman Dembeleni “Qızıl top” mükafatını qazanması münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, ulduz futbolçu bu barədə Dembelenin sosial şəbəkə paylaşımına şərh yazıb.

“Böyük Us! Təbrik edirəm, sənin adına çox sevinirəm. Sən buna layiqsən!” – deyə, Messi bildirib.

Qeyd edək ki, fransalı futbolçu səsvermədə “Barselona”nın və İspaniya millisinin hücumçusu Lamin Yamalı qabaqlayıb. “Qızıl top”u 8 dəfə qazanmış Messi isə mükafatın rekordçusudur.

Избранный
10
teleqraf.com

1Источники