RU

Qəzzaya hücum: 37 nəfər öldü

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Ötən gecə İsrailin yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində Qəzza zolağında azı 37 nəfər həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

Bildirilib ki, İsrail artilleriyası Qəzza şəhərinin şərq və cənub məhəllələrini atəşə tutub.

Xatırladaq ki, sentyabrın 16-da İsrailin baş naziri Benyamin Netanyahu Qəzza şəhərinə intensiv hücumun başladığını təsdiqləyib.

Baş nazir qeyd edib ki, əsas məqsəd radikal Fələstinin HƏMAS hərəkatını məğlub etməkdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
globalinfo.az

1Источники