RU

"Azərsilah"ın əməkdaşı istehsalat qəzasında xəsarət alıb

"Dünən səhər saatlarında Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat prosesi zamanı baş vermiş qəza nəticəsində bir əməkdaş yüngül xəsarət alıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hadisə yerində təhlükəsizlik qaydalarına uyğun ilkin tibbi yardım göstərilərək əməkdaş dərhal xəstəxanaya çatdırılıb və peşəkar tibbi xidmət alıb.

"Hazırda onun vəziyyəti qənaətbəxşdir", - açıqlamada vurğulanıb.

Избранный
18
27
xezerxeber.az

10Источники