RU

Fransa nəhəngi “Qarabağ”ın futbolçusunu transfer edəcək

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev karyerasını ölkə xaricində davam etdirə bilər.

Milli.Az xəbər verir ki, Fransanın iddialı klublarından olan "Lill" onunla yaxından maraqlanır.

Onlar 6 aya yaxındır Elvini təqib edir.

"Lill" klubu hətta gələn yayı gözləmədən qış "transfer pəncərəsi"ndə Azərbaycan millisinin üzvünü heyətinə cəlb etməyə çalışacaq.

24 yaşlı futbolçu 2019-cu ildən "Qarabağ"ın əsas komandasında çıxış edir. O, 195 oyunda 8 qol vurub və 32 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Elvinin Ağdam təmsilçisi ilə müqaviləsi gələn ilin yayında başa çatır. /"Apasport"

Milli.Az

Избранный
31
2
milli.az

5Источники