RU

"Nüvə silahından imtina etməyəcəyik" - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In ölkəsinin yeni məxfi silahlar əldə etdiyini və hərbi potensialını gücləndirdiyini açıqlayıb.

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, Ali Xalq Məclisində çıxış edən Kim, nüvə silahının ölkəsi üçün vacib olduğunu bildirib və nüvə tərksilahının mümkün olmadığını deyib.

"Heç vaxt nüvə silahımızdan əl çəkməyəcəyik”, – deyə o vurğulayıb.

Kim həmçinin qeyd edib ki, əgər ABŞ Pxenyanın nüvəsizləşdirilməsi tələbindən əl çəkərsə, danışıqlara açıqdırlar.

Seyranə Quliyeva Missiya.Az

Избранный
66
missiya.az

1Источники