"Sentyabrın 22-də saat 21:00 radələrində 2019-cu il təvəllüdlü şəxs (qadın cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, azyaşlının xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.
Xatırladaq ki, daha əvvəl azyaşlının ev şəraitində venadaxili inyeksiyadan sonra vəziyyətinin pisləşdiyi bildirilmişdi.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Aqil