NTD komandası amerikalı basketbolçu Maykl Braun-Jonsu transfer edib.

Offsideplus.az xəbər verir ki, forvard mövqeyində çıxış edən 24 yaşlı basketbolçu ilə bir mövsümlük müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braun-Jons son olaraq ABŞ-ın “The University of Mississippi” klubunun şərəfini qoruyub.

O, NTD-nin mövsümlərarası fasilədə 5-ci legioner transferi olub. Daha əvvəl Ladarius Marşalın, Kobi Montqomerinin, Jamel Kingin və Andra Makki kluba qoşulmuşdu.