RU

Əhdə vəfa etmək vacibdir- Tural İrfan yazır

Əhdə vəfa etmək İslam dinində ən vacib əmrlərdəndir. Quranda buna dəfələrlə təkid olunub. Hətta inkarçılarla bağlanan müqaviləyə belə sona qədər sadiq qalmaq buyurulur.
Həzrət Muhəmməd Peyğəmbər buyurur ki, münafiqin (riyakar, ikiüzlünün) əlamətlərindən biri də əhdinə vəfa etməməsidir.
Əhdə vəfa etməmək, sözün üstündə durmamaq mənəvi, ictimai nöqsan olmaqla yanaşı insanı etibardan salan, yalançıya çevirən amildir.
Rəvayətlərdə qeyd olunur ki, İsmail Peyğəmbər bir nəfəri üç gün qapısının ağzında gözləmişdi. Çünki ona söz vermişdi. Əhli Beytin ali xüsusiyyətlərindən biri də həmişə əhdlərinə vəfadar olmaları olub. Heç zaman əhdlərini, beyətlərini şərtlər daxilində pozmayıblar.
Verdiyin sözdən dönmək, əhdə vəfadar olmamaq xəyanət kimi, alçaqlıq kimi xarakterizə olunur.
Müqəddəs Quranda Allah təala buyurur:
"Əhdə vəfa edin. Çünki hər kəs əhd barəsində sorğu-sual olunacaqdır." İsra surəsi - 34
Əhdə vəfa etmək vacibdir. Namaz qılıb, oruc tutub, dörd üzük taxıb əhdə vəfa etməmək çaydan xəlbirlə su daşımaq kimidir. Mömin gərək əhdə vəfa etsin, verdiyi sözü tutsun və cəmiyyətdə etibarını itirməsin və dinin adına xələl gətirməsin.
Tural İrfan, dinşünas
Избранный
14
news365.az

1Источники