Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ və Qazaxıstan ümumi dəyəri 4 milyard dollar olan lokomotivlərin tədarükü ilə bağlı razılıq əldə ediblər.
Banco.az xəbər verir ki, bu barədə ABŞ-ın ticarət naziri Hovard Lutnik X-də bildirib.
O izah edib ki, ABŞ prezidenti Donald Tramp sentyabrın 22-də qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə telefon danışığı keçirib və bu zaman tərəflər “tarixdəki ən böyük lokomotiv sazişi” barədə razılığa gəliblər. Latnikin açıqlamasına görə, sövdələşmənin dəyəri 4 milyard dollardır.
ABŞ-ın ticarət nazirinin sözlərinə görə, Amerika texnologiyasına əsaslanan lokomotivlər Avropa və Asiyada nəqliyyat şəbəkələrinin inkişafına töhfə verəcək. O, müqavilənin detallarını açıqlamayıb