RU

Quterreş: BMT-nin prinsipləri hücuma məruz qalır

BMT-nin 80 il əvvəl sülh naminə yaradılmasına baxmayaraq, təşkilatın prinsipləri bu gün heç vaxt olmadığı qədər hücuma məruz qalır. Bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.

Məlumatı “Anadolu” verib. 

BMT-nin 80 illik yubileyi münasibətilə keçirilən Baş Assambleyanın iclasında çıxış edən Quterreş təşkilatın yaradıcılarının İkinci Dünya Müharibəsinin dəhşətlərindən sağ çıxdığını və müstəsna bir şey yaratdıqlarını xatırladıb: “Sülh ən cəsarətli, ən praktik və ən zəruri istəkdir. BMT-nin yaradılması ilə onlar əlamətdar bir iş gördülər”.

Baş katibin sözlərinə görə, bu gün beynəlxalq hüquq və mülki şəxslərin hüquqları heç vaxt olmadığı qədər pozulur: “BMT Nizamnaməsinin prinsipləri Qəzzada, Ukraynada, Sudanda və başqa yerlərdə hücuma məruz qalır. Mülki əhali hədəfə alınır, beynəlxalq hüquq pozulur”.

Quterreş Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq yolunda irəliləyişin yavaşıdığını, yoxsulluğun və aclığın artdığını və iqlim böhranının dərinləşdiyini qeyd edib. O vurğulayıb ki, dünya çoxqütblüyə doğru gedir, lakin bu, risklərlə gəlir: “Bu çağırışların öhdəsindən gəlmək üçün biz təkcə BMT-ni müdafiə etməməli, həm də onu gücləndirməliyik”.

P.ƏMİRCANOV
XQ

Избранный
19
1
xalqqazeti.az

2Источники