RU

Qubada ayılar kəndə hücum edib



Qubada kəndə hücum edən ayılar mal-qaranı parçalayıblar.

Newscenter.az xəbər verir ki, "Report"un Şimal bürosunun məlumatına görə, Quba rayonunun Səbətlər kəndində yerli sakinlərə məxsus təsərrüfatlar ayı hücumuna məruz qalıb.

Ayılar kənd sakinləri İsa Hüseynova məxsus camışı və Sübhan Əhmədova məxsus inəyi parçalayıblar.

Sakinlər ayıların izlərinin kəndin müxtəlif ərazilərində də müşahidə müşahidə olunduğunu bildiriblər.
Избранный
21
8
newscenter.az

10Источники