RU

Gürcüstanda pensiya ödənişləri sadələşdirildi - ÖZƏL

Olaylar.az xəbər verir ki,  Gürcüstan Səhiyyə Nazirliyi bildirib ki, ölkədə pensiya ödənişlərinin verilməsi prosesi sadələşdirilib. Əvvəllər şəxsiyyət vəsiqəsi ilə Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin məlumat bazası arasında uyğunsuzluq aşkarlandıqda, pensiya ödənişi dayandırılır və vətəndaşdan yeni sənəd tələb olunurdu. Yeni dəyişikliklərə əsasən, pensiyanın dayandırılması yalnız şəxsiyyət nömrəsi, doğum ili və ayı uyğunsuz olduqda həyata keçiriləcək. Digər hallarda Sosial Xidmətlər Agentliyi Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin məlumatlarına əsaslanaraq pensiya ödənişlərini təmin edəcək.
Bu qərar nəticəsində hər ay təxminən 1000 pensiyaçının ödənişləri əlavə prosedurlar olmadan həyata keçiriləcək. Artıq vətəndaşların pensiyanın yenilənməsi üçün agentliyin xidmət mərkəzinə müraciət etməsinə ehtiyac qalmayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
20
olaylar.az

1Источники