RU

Neft Fondu: Əsas məqsədimiz Azərbaycanın neft qaz gəlirlərini qorumaq və artırmaqdır

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizim əsas məqsədimiz Azərbaycanın neft-qaz gəlirlərini qorumaq və artırmaq, onları bugünkü və gələcək nəsillərin xeyrinə yönəltməkdir.

"APA-Economics" xəbər verir ki, bunu I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) İcraçı direktor müavini Rövşən Cavadov deyib.

O bildirib ki, investisiya portfelimiz qlobal və diversifikasiya olunub, yəni fond olaraq ölkə daxilində investisiya edə bilmirik.

"Dövlət Neft Fondunun ölkənin inkişaf gündəliyinə töhfəsi iki əsas prinsip üzərində qurulub. Birincisi - fiskal və makroiqtisadi sabitliyin təmin edilməsi, ikinci isə beynəlxalq əlaqələr və etibarlılıqdan istifadə edərək Azərbaycanda investor etimadının gücləndirilməsidir", - deyə əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
65
1
apa.az

2Источники