İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondu (ABIF) və "ARGS Holding" MMC arasında şüşə istehsalı ilə məşğul olan "AzerFloat" ASC-nin nizamnamə kapitalında birgə iştirakla bağlı müqavilə imzalanıb.
FED.az xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub.
Müqaviləni ABIF-in baş direktoru Yasin Cəlilov və "ARGS Holding" MMC-nin icraçı direktoru imzalayıb.
Müqavilə Azərbaycanda şüşə istehsalı sahəsində yeni imkanlar yaradacaq. (Report)