RU

Sanitariya gigiyena rejimi pozulduqda hansı cəzalar verilir?

Oxu.az saytına istinadən ain.az xəbər verir.

"Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən müəssisələrdə yoxlama aparılıb və həmin müəssisədə nöqsanlar, sanitariya qayda pozuntuları aşkar olunarsa, inzibati xəta törədən şəxs və ya şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinə (İXM) uyğun olaraq, inzibati tənbeh tədbirləri, yəni cərimə protokolu tərtib edilə bilər".

Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzin Baş direktorun Epidemioloji məsələlər üzrə müavini Samirə Nəcəfova "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" verilişində açıqlayıb.

Onun sözlərinə görə, epidemiyanın qarşısını almaq, sanitariya-gigiyena rejimi üçün görülən tədbirlərə əməl olunmamasına görə İXM-in 211-ci maddəsi ilə, tibb və təhsil müəssisələrində sanitariya-gigiyena rejiminin pozulmasına görə İXM-in 216-cı maddəsi ilə, gözəllik salonlarında və ya bərbərxanalarda universal təhlükəsiz qaydaların pozulmasına görə İXM-in 218-ci maddəsi ilə, içməli suyun keyfiyyətinin standartlara uyğun olmamasına görə İXM-in 265-ci maddəsi ilə, ictimai yerlərdə tütün üçün ayrılan yerlərin düzgün təşkil olunmamasına görə isə İXM-in 212-ci maddəsi ilə inzibati tədbirlər görülür.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
2
oxu.az

3Источники