RU

“Azərbaycanın Avroviziyada iştirakı İsraildən asılı deyil"

"Türkiyə mediasında yayılan “İsrail yoxdursa, Azərbaycan da Avroviziyada iştirak etməyəcək” iddiası əsassızdır".

News24.az xəbər verir ki, bunu Avroviziyada Azərbaycan nümayəndə heyətinin media rəhbəri Turab Teymurov jurnalistlərə açıqlamasında deyib.

“Jurnalistlər diqqətlə incələsəydilər, görərdilər ki, paylaşılan səhifənin özündə belə bu məlumatın “fake news” olduğu qeyd olunub. Yəni həmin səhifəyə istinad etmək düzgün deyil. Biz siyasətə qarışmırıq. Azərbaycanın Avroviziyada iştirakı bizim mədəniyyətimizin bir parçasıdır”, – deyə o bildirib.

Turab Teymurov əlavə edib ki, Azərbaycanın müsabiqədə iştirakı İsraildən və ya başqa ölkədən asılı deyil.

Xeyrənsə Piriyeva


Избранный
66
news24.az

1Источники