Xalq rəssamı Eldar Mikayılzadə müəllifi olduğu "On dörd məsum" xalçasını Mədəniyyət Nazirliyinə satıb.
Moderator.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, alqı-satqı ilə bağlı nazirliklə Xalq rəssamı arasında müqavilə bağlanıb.
Müqaviləyə əsasən, xalçanın qiyməti 100 min manat müəyyənləşib.
Qeyd edək ki, 1956-cı il təvəllüdlü Eldar Mikayılzadə UNESCO yanında Rəssamlar Birliyinin üzvü və Azərbaycan manatının ilk eskizlərinin müəllifidir. O, "On dörd məsum" xalçasını 2001-ci ildə ərsəyə gətirib.