RU

İranda hərbi şəhərcik təxliyə olundu

İranın İsfahan şəhərində Hərbi Hava Qüvvələrinə məxsus şəhərcik torpaq çökməsinin artması səbəbindən təxliyə olunub.
ONN media xəbər verir ki, bu haqda Yollar və Şəhərsalma Nazirliyinin rəsmisi Əli Beytullahi bildirib.
O, torpağın çökməsinin Kavə şəhərciyi və Xane-yi İsfahan kimi məhəllələrdə binalara dağıdıcı təsirləri barədə xəbərdarlıq edərək Hərbi Hava Qüvvələri şəhərciyinin tamamilə boşaldıldığını deyib.
“Hökumət İsfahanda torpaq çökməsi prosesinə nəzarət etmək üçün lazımi tədbirlər görməlidir, bu edilməsə, yaxın gələcəkdə İsfahan və onun ətrafındakı 2-3 milyon əhalini təxliyə etməli olacağıq”.
Избранный
9
2
onn.az

4Источники