RU

Səfər Azərbaycanın yeni coğrafiyada fəaliyyətini gücləndirir ŞƏRH EDİLDİ

ain.az bildirir, Sia Az portalına istinadən.

"Ruanda Prezidentinin Azərbaycana gəlməsi zamanı təbii ki, bir sıra sənədlər imzalandı və müzakirələr aparıldı. Bu, ölkələr arasında yeni bir baxış yaratdı. Diplomatik, siyasi və iqtisadi əlaqələr baxımından bu addım Azərbaycanın yeni imkanlar əldə etməsi deməkdir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.

Siyasi şərhçi sözlərinə belə davam edir: "Bilirik ki, bu gün dünyanın ən çox diqqət yetirdiyi və daxil olmaq istədiyi region Afrika bölgəsidir. Böyük dövlətlər Afrika ölkələrində mövqe tutmaq üçün bir-biri ilə rəqabət aparırlar, çünki hazırda dünyada ən çox investisiya yönələn bölgələr Afrika ölkələridir. Ən böyük bazar mübarizələri isə Asiya və Afrika bazarları uğrunda gedir. Ruanda ilə Azərbaycanın imzaladığı sənədlər və əlaqələrin inkişafı Azərbaycanın Afrika ölkələrində mövqeyinin güclənməsi deməkdir.

Müasir geosiyasi baxımdan Afrikanın önəmini nəzərə alsaq, bu, Azərbaycan üçün yeni imkanlar yaradır. Bundan əvvəl Azərbaycan Yaxın Şərq regionunda geniş əlaqələr qurmağa başlamışdı. Suriyanın timsalında bunu müşahidə etmək mümkündür. Azərbaycan həmin ölkələrlə inkişaf edən münasibətlərə malikdir. Eyni zamanda, Küveyt Prezidentinin Azərbaycana səfəri və qarşılıqlı investisiya məsələləri də Azərbaycanın yeni coğrafiyada fəaliyyətini gücləndirir.

Azərbaycan Yaxın Şərq regionunda imkanlarını genişləndirdikdən sonra növbəti istiqamət kimi Afrika regionuna yönəlir. Bu baxımdan, Ruanda ilə münasibətlər xüsusi əhəmiyyət daşıyır. Elə ölkələr var ki, Afrikada mübahisələrə məruz qalırlar və ya çıxış yolları axtarırlar, amma Azərbaycanla münasibət qurmaq istədiklərini ifadə edirlər. Bu, həm də Ruanda üçün böyük əhəmiyyət kəsb edir.

Azərbaycan həmişə bu cür ölkələrə, ya humanitar, ya da digər sahələrdə, öz təcrübəsini və imkanlarını bölüşməyə hazır olub. Ruanda Prezidentinin Azərbaycanda gördüklərinin gələcəkdə Ruandada tətbiq olunması əməkdaşlığı daha da dərinləşdirəcək. Bu baxımdan ikitərəfli əməkdaşlıq yeni imkanlar yaradır və bu imkanlar Azərbaycanın beynəlxalq nüfuzunu və diplomatik münasibətlərini daha da gücləndirəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
sia.az

2Источники