RU

Avtoxuliqanlıq edib videosunu “TikTok”da paylaşdı, həbs edildi

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücünü saxlayıblar.

Bizim.Media xəbər verir ki, rayon sakini Nihat Babayev idarə etdiyi “Tofaş” markalı avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb.

Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə N.Babayev sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Bizim.Media

Избранный
17
27
bizim.media

10Источники