Aparıcı Aytən Səfərova yeni açıqlamaları ilə gündəmə gəlib.
"Çox hallarda oğlanlar yaxşı qız, qızlar isə yaxşı oğlan tapmadıqlarını deyirlər. Maraqlıdır ki, yaxşı oğlan və qızlarımız da var. Amma axtarışlar harada gedir, bax bu böyük bir sualdır".
Aparıcı bildirib ki, anaların oğullarının ailə qurmasına mane olur:
"Oğlanlar bilirsiniz niyə qız tapa bilmir? Anaları ağız büzür, deyir ki, "Bunu bəyənirsən, bizə gəlin bu olacaq?". Baxırsan ki, oğlan artıq gəlib baba yaşına çatıb. Ona görə də övladların özünə seçim vermək lazımdır. Bəzən baxırsan ki, elə bil gəlini bütün ailə üçün gətirirlər. Sanki bütün ailə qızla evlənir".
Qeyd edək ki, Aytən Səfərov bu barədə aparıcısı olduğu "Xəbər ertəsi" verilişində danışıb.
Aydan Hacı