RU

“Lockheed Martin” 5-ci nəsil yeni pilotsuz döyüş təyyarəsi hazırlayır

“Lockheed Martin” şirkətinin “Skunk Works” bölməsi “Vectis” adlı 5-ci nəsil yeni pilotsuz döyüş təyyarəsini (PDT) təqdim edib.

“Poliqon” “Lockheed Martin”ə istinadən xəbər verir ki, bu PDT, ABŞ və müttəfiq ordularının hava üstünlüyünü daha da irəli aparmaq məqsədilə hazırlanıb.

“Skunk Works”un vitse-prezidenti və baş meneceri OJ Sançez bildirib ki, “Vectis”, şirkətin qırıcı təyyarələr, avtonom sistemlər və açıq missiya arxitekturaları sahəsindəki təcrübəsini özündə birləşdirir.

Bu platforma yüksək missiya çevikliyinə malikdir. O, dəqiq zərbələr endirmək, kəşfiyyat və hədəfləmə əməliyyatları aparmaq, elektron müharibə, hücum və müdafiə təyinatlı hava tapşırıqlarını icra etmək imkanına sahibdir. “Vectis”, həm F-35 kimi pilotlu təyyarələrlə inteqrasiya olunmuş komanda missiyalarında, həm də müstəqil şəkildə çoxməqsədli platforma kimi fəaliyyət göstərə bilir.

Qeyd olunub ki, “Vectis”in inkişaf etdirilməsinə artıq başlanılıb. Detallar sifariş edilib və komanda icra mərhələsindədir. “Skunk Works” müştərilərin dəyişən tələblərinə cavab verən sağqalma qabiliyyətli sistemləri yaratmaq və sınaqdan keçirmək üçün zəruri vəsait və insan resurslarını bu layihəyə yatırır, eyni zamanda yeni arxitekturalara və qlobal tələblərə uyğunluğu genişləndirir.

Избранный
9
poliqon.az

1Источники