RU

Nazir: Tibb müəssisələri beynəlxalq akkreditasiya almalıdır

Bütün tibb müəssisələri beynəlxalq tanınmış təşkilatlardan akkreditasiya almalıdır.

"APA-Economics" xəbər verir ki, bunu I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səhiyyə naziri Teymur Musayev deyib.

"Bütün tibb müəssisələrinin JCI, ISQUA kimi beynəlxalq tanınmış təşkilatlar tərəfindən akkreditasiyaya alınmasını məqəsədəuyğun hesab edirik. Bu, göstərilən tibbi xidmətlərin ən yüksək standartlarının sübutu, həm də layihənin davamlılığını və rəqabət qabiliyyətinin zəmanətidir", - nazir qeyd edib.

Onun sözlərinə görə, bu tədbir “Sea Breeze Health Valley”-i beynəlxalq səviyyədə tanıtdıracaq. Onu yerli və xarici pasiyentlər üçün etibarlı məkana çevirəcək:

"“Sea Breeze Health Valley” yalnız səhiyyə layihəsi deyil. Eyni zamanda, tibb sahəsinin artımın əsas sütununa çevirəcək və milli iqtisadiyyatın diversifikasiyasına töhfə verəcək. Bu layihə yeni səhiyyə iqtisadiyyatı və maliyyələşdirmə modelləri üçün əsas istiqamətlərdən biridir".

Nazir qeyd edib ki, layihə tibbi turizm və elmi tədqiqatlar üzrə beynəlxalq mərkəz olmaqla yanaşı, regional tibb operatorlarını birləşdirərək yeni əməkdaşlıq imkanları yaradacaq.

Избранный
9
9
apa.az

10Источники