RU

Tahir Kərimli: "Üzdəniraqları sıxışdırmaq lazımdır"

Tahir

“Azərbaycan o dərəcədən özünü itirməməlidir ki, üzdəniraqların sərbəst həyat sürmələrinə və cəmiyyətə mənfi təsirlərinə biganə qalsın. Bizim yüz, min illiklərdən gələn adət-ənənələrimiz, əxlaqımız, mənəviyyatımız var. Qafqazlı, türk, müsəlman ola-ola, necə mümkündür ki, bu murdarlığın inkişafına imkan veririk? Axı belə olmaz. Hətta müsəlman olmayan Şərq ölkələrində belə LGBT-nin qarşısı alınıb. Avropa, Qərb texnoloji cəhətdən üstündür deyə onların əxlaqsızlığını, mənəviyyatsızlığını qəbul etməli deyilik ki”.

Reyting.az
xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.

“Üzdəniraqları sıxışdırmaq, bunlara qarşı ciddi mübarizə aparmaq lazımdır. Xəstədirlərsə, xəstəxana düzəldib, hamısını ora basmaq lazımdır, müalicə olunsunlar. Mən heç onların xəstə olduqlarını hesab etmirəm, harınlıq və murdaqlığın nişanəsidirlər. Mənəvi, siyasi cəhətdən hamısını gözdən salmaq lazımdır. Bu nə deməkdir, biri çıxıb deyir ki, əvvəl heç kim mənə diqqət etmirdi, bu yolu tutandan sonra xalq mənə diqqət edir, zənginləşdim. Deməli, bizim cəmiyyətimizdə belə murdarlığı stimullaşdıranlar var? LGBT-nin qarşısı qəti şəkildə alınmalıdır. Bu, biabırçılıqdır. Sosial şəbəkələrdə hələ də davam edir, xarici murdarlıqlar ölkəmizin içinə transfer olunur. Sonra da deyirik ki, nəyə görə televiziyalarımızda bu əxlaqsızlar meydan oxuyurlar?” – T.Kərimli bildirib.
Избранный
10
3
reyting.az

4Источники