RU

Ukrayna PUA-ları Moskvanı vura bilmədi

Rusiyanın hava hücumundan müdafiə qüvvələri son 24 saat ərzində Moskvaya doğru uçan 34 pilotsuz uçan aparatı vurub.

Modern.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin Telegram-da bildirib.

"Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri düşmənin pilotsuz təyyarələrinin hücumlarını dəf etməkdə davam edir. Moskvaya doğru uçan daha iki pilotsuz təyyarə vurulub. Fövqəladə hallar xidməti hadisə yerində işləyir", - Sobyanin yazıb.

Daha əvvəl o, gecə yarısından etibarən Moskvaya doğru uçan 17 pilotsuz təyyarənin vurulduğunu, ötən axşam isə 15 pilotsuz təyyarənin məhv edildiyini bildirib.

Ukrayna Moskvaya kütləvi dron hücumunu şərh etməyib.

Sobyanin hücumun nəticələri barədə məlumat verməyib.

Müdafiə Nazirliyinin məlumatına görə, bir gecədə Rusiya regionları üzərində 69 pilotsuz uçuş aparatı vurulub.

Избранный
21
3
modern.az

4Источники