RU

Ərdoğanın BMT-dəki çıxışı niyə yarımçıq qalıb? – Açıqlama


“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu-Yorkda keçirilən Fələstin Konfransında çıxışı kəsilməyib, rəsmi vaxt limitindən kənara çıxıb”.
Yeniavaz.com
“TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Rabitə İdarəsinin prezidentin çıxışı bitməmiş mikrofonunun sönməsi ilə bağlı bəyanatında qeyd edilib.
“BMT Baş Assambleyası çərçivəsində keçirilən konfransın qaydalarına əsasən, dövlət və hökumət başçılarının çıxışları üçün beş dəqiqə, digər çıxış edənlər üçün isə üç dəqiqə vaxt ayrılıb. Bu kontekstdə Türkiyə Prezidentinin çıxışı beş dəqiqə ilə məhdudlaşdırılıb. Buna görə də, onun sözünün kəsilməsindən və ya çıxışının qarşısının alınmasından söhbət gedə bilməz”, - idarədən bildirilib.
Избранный
35
yeniavaz.com

1Источники