RU

TƏCİLİ: Trampın helikopterinə HÜCUM - Saxlanılan var

Vaşinqtonda ABŞ prezidenti Donald Trampı daşıyan "Marine One" helikopterinə lazer göstəricisi yönəldilib.

Musavat.com xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə ilə bağlı ABŞ Məxfi Xidməti bir nəfəri saxlayıb.

İstintaqın məlumatına görə, lazer pilot üçün qəfil korluq və oriyentasiya itirməsi riski yaradıb, bu isə havada toqquşmaya səbəb ola bilərdi.

Saxlanılan şəxsin Ceykob Samuel Vinkler olduğu müəyyən edilib.

Onun üzərindən bıçaq tapılıb. Dindirmə zamanı Vinkler guya lazer göstəricisindən yol nişanlarını işıqlandırmaq üçün istifadə etdiyini iddia edib.

Onu 5 ilə qədər həbs və 250 min dollar cərimə gözləyir.

Musavat.com

Избранный
27
4
musavat.com

5Источники