Türk aktyor İbrahim Çelikkol 2 ildir eşq yaşadığı yazıçı sevgilisi Natali Yarcanla evlənib.
Musavat.com xəbər verir ki, aktyor bu barədə sosial şəbəkədə məlumat yayıb.
Çelikkol həyat yoldaşı ilə çəkdirdiyi şəkli Özdəmir Asəfin bu misralarıyla birlikdə paylaşıb:
"Öylesine güzel seviyorum ki seni
Öylesine saf
Öylesine temiz
Öylesine derin
Ve öylesine değil..."
Cütlüyün nikahı Bodrumda baş tutub.
Qeyd edək ki, İbrahim 2022-ci ildə 5 illik həyat yoldaşı Mihre Mutludan boşanıb.
Könül
Musavat.com