RU

“Atamı heç vaxt bağışlamayacağam”

Müğənni Şəbnəm Tovuzlu açıqlamaları ilə diqqət çəkib.

OLAY yazır ki, sənətçi “Rəngarəng”də qonaq olarkən atasından danışıb.  Şəbnəm doğma atasını bağışlamayacağını bildirib:

“Doğma atamla normal danışmıram, mənə vacib deyil. Sadəcə salam-sağol edirəm. Çox haqsızlıqlar olub, təkcə anama heyfim gəlir. Atamı bağışlamıram, axirətdə də bağışlamayacağam. Bibimi, bacımı, bibim qızını, əmilərimi, hamısını çox istəyirəm. Atamı isə heç vaxt bağışlamayacağam. Atam var, o da Ələddin kişidir. Uşaqlığım çox gözəl keçib, məni gözəl ailə, xalam böyüdüb. Böyük nəsildə, ziyalı insanların içində böyümüşəm. O tərəfdə mənə maraqlı heç kim yoxdur. Mən də onlara maraqlı deyiləm. Olmayım da. Ehtiyacım da yoxdur. Bütün efirlərə özümlə bağlı qadağa qoyuram. Bu mövzuda mənə sual verilməsin,d anışılmasın. Mən anasız yaşamışam. Bunu mənə etməyin”.

Qeyd edək ki, Şəbnəmin anası vəfat etdikdən sonra onu xalası və xalasının həyat yoldaşı böyüdüb.

Избранный
10
4
olay.az

5Источники