RU

“Qərbi Azərbaycana qayıdış – xarici mediada”

Tərəfsiz (Parlament) Jurnalistlər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qərbi Azərbaycana qayıdış – xarici mediada” layihəsini icra edir. Layihənin əsas məqsədi Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın taleyini, tarixi yaddaşını və qayıdış hüququnu beynəlxalq auditoriyaya çatdırmaqdır.

Modern.az xəbər verir ki, layihə çərçivəsində bu ilin sentyabrında Macarıstanın Budapeşt şəhərində Qərbi Azərbaycan mövzusunda konfrans və tematik fotosərginin keçirilməsi planlaşdırılır. Tədbirdə xarici media nümayəndələrinin, yerli ictimaiyyətin, diplomatların və tədqiqatçıların iştirakı planlaşdırılır.

Bundan əlavə, layihə çərçivəsində xarici media orqanlarında Qərbi Azərbaycana dair müxtəlif səpkili yazıların dərci təmin edilir, yerli internet televiziyalarında silsilə proqramlar hazırlanır.

Избранный
9
modern.az

1Источники