RU

FHN Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) iştirakı ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində “Yanğın zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib. SİA xəbər verir ki, FHN-in DYMX-nin canlı qüvvəsinin və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd müəssisənin kollektivinə yanğın zamanı davranış qaydalarının aşılanması olub.

Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən müəssisənin kollektivinə yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə göstərilib, suallar cavablandırılıb.

Daha sonra təlimin praktiki hissəsinə start verilib. Tədbirdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra DYMX-nin yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş müəssisədə təxliyə planına uyğun olaraq, işçi və benefisiarların təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Tədbirdə müəssisənin benefisiarlarına FHN tərəfindən sovqatlar təqdim olunub.

Избранный
8
9
sia.az

10Источники