RU

Rusiyadan dəhşətli Yeni il planı: Gecə xəbər yayıldı, qonşular qorxuya düşdü

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Sentyabrın 22-si axşam saatlarında Böyük Britaniyanın “Express2” nəşrinin Rusiyanın Polşaya hücum planladığına dair yayımladığı məqalə sensasiya doğurub. Nəşr yazır ki, Kreml Yeni il ərəfəsində Polşaya qarşı məhdud, lakin təxribat xarakterli hərbi əməliyyat həyata keçirməyi nəzərdə tutur.

Hətta iddialara görə, məlumatı adının açıqlanmasını istəməyən yüksək rütbəli rus hərbi rəsmisi verib. Mənbənin sözlərinə görə, Moskvanın məqsədi NATO-ya birbaşa müharibə elan etmədən alyansın reaksiyasını yoxlamaq və Avropada siyasi sabitliyi pozmaqdır.

Globalinfo.az-a danışan politoloq Kazım Kazımov deyib ki, Rusiyanın Polşaya hücum təhlükəsi daim gündəmdədir:

“Bu iddialara qarşı müəyyən arqumentlər irəli sürülür. Avropa İttrifaqı (Aİ) və ABŞ-ın əsas məqsədi Ukrayna-Rusiya danışıqlarında fəal rol almaqdır. Lakin Kreml Aİ-nin bu prosesdə önəmli iştirakçı olmasını istəmir. Çünki Avropa qıcıqlanarsa, danışıqlarda yer almaq üçün daha çox cəhd göstərəcək və bu da Rusiyanın maraqlarına uyğun deyil. Moskva özünə sanballı tərəfdaş kimi Vaşinqtonu görür və onunla birbaşa müzakirələr apararaq Qərbi arxa planda saxlayır. Bu mövqeyi Rusiya rəsmilərinin açıqlamalarında da aydın şəkildə görmək mümkündür.

Fransa Prezidenti Emmanuel Makronun, həmçinin Almaniyanın keçmiş və indiki kanslerlərinin sülh təşəbbüslərinə Moskvanın qeyri-ciddi münasibət göstərməsi də buna sübutdur. Mövcud yanaşmanın bir neçə səbəbi var. İlk növbədə, Avropa İttifaqının hərbi potensialı Rusiyanı çəkindirmək gücündə deyil. Kreml hələ də Soyuq müharibə dövründən qalma bir düşüncəyə sahibdir: beynəlxalq siyasətdə yalnız ABŞ-la masa arxasında oturmaq mümkündür”.

Kazım Kazımov

Politoloqun sözlərinə görə, Rusiyanın heç vaxt Polşaya qarşı təxribat xarakterli addım atmayacağını demək doğru olmaz:

“Çünki Kremlin daxilindəki bəzi qüüvələr Polşa və digər Şərqi Avropa ölkələrinə qarşı qorxu siyasətini gücləndirməklə, onların Ukraynanı unudaraq yalnız öz təhlükəsizliklərinə fokuslanacaqlarını düşünürlər. Nəticədə bu üsulun onları sülhün tezləşdirilməsi və Rusiyanı sakitləşdirmə siyasətini izləməyə məcbur buraxacağını zənn edirlər.

Beləliklə, bu siyasi baxışlarda müəyyən dəyişikliklərin baş verməsi istisna deyil. Hər şey danışıqlar prosesinin hansı istiqamətdə davam edəcəyindən asılıdır”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
1
globalinfo.az

2Источники