RU

Ağcabədidə Aqrar Biznes Festivalı təşkil olunub

Ağcabədi Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi və "Azərbaycan Toxumçular Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ağcabədi rayonunda növbəti toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı təşkil olunub.Metbuat.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Tədbirin əsas məqsədi aqrar sahənin innovativ əsaslarla inkişafı, fermerlərlə tədarükçülərin əməkdaşlığına dəstək göstərmək, rayonlaşdırılmış sertifikatlı toxumlara fermerlərin əlçatanlığını təmin etmək, məhsuldarlığın artırılmasına dəstək vermək və bölgədə aqrar istehsalın davamlı inkişafını təşviq etməkdir.Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib ki, il ərzində müxtəlif bölgələrdə təşkil olunan Aqrar Biznes Festivalları maarifləndirici xüsusiyyəti ilə yanaşı, həm də aqrar sahədə dövlət-özəl tərəfdaşlığının gözəl nümunəsi rolunu oynayır. O, sertifikatlı toxumlardan istifadənin əhəmiyyətini vurğulayaraq, fermerlərin yeni texnologiyalar və innovativ yanaşmalarla tanışlığı baxımından belə tədbirlərin önəmini qeyd edib.Yarmarkada Qarabağ, Mil-Muğan, Mərkəzi Aran iqtisadi rayonunda fəaliyyət göstərən toxum istehsalçıları ilə yanaşı, müxtəlif dövlət qurumları və özəl şirkətlər də iştirak ediblər. Tədbir zamanı nazirliyin yaratdığı vahid stenddə respublikanın müxtəlif bölgələrinə uyğunlaşdırılmış və sertifikatlaşdırılmış toxum sortları nümayiş olunub.Yarmarka çərçivəsində fermerlərə əkin prosesində aqrotexniki qaydaların tətbiqi, torpaq-iqlim xüsusiyyətlərinə uyğun sortların seçimi və düzgün qulluq tədbirləri barədə də geniş məlumat verilib. Fermerlərə bölgənin torpaq və iqlim şəraitinə uyğun "Qırmızıgül-1", "Əsgəran", "Onur", "Alekseiç", "Lucilla", "Balaton", "Maurizio" yumşaq buğda sortları, həmçinin "Qarabağ-22", "Nuranə", "İosif" və "Finola" arpa sortlarının istifadəsi tövsiyə olunub. Bildirilib ki, bu sortlar məhsuldarlığın yüksəldilməsi ilə yanaşı, yerli şəraitə yüksək uyğunlaşma qabiliyyəti ilə də seçilir.

Bu il 3 iqtisadi rayon üzrə 4 rayonda toxum sərgi-satış yarmarkası keçirilib.

Избранный
20
3
metbuat.az

4Источники