RU

Estoniya klubu azərbaycanlı futbolçuya rəsmi təklif göndərdi

Hazırda "Zirə"nin əvəzedici komandasında çıxış edən gənc hücumçu Fərid Şahhüseyni karyerasını ölkə xaricində davam etdirməyə yaxındır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 19 yaşlı futbolçuya Estoniyanın "Tartu" klubu elçi düşüb. 

Sözügedən ölkənin birinci liqasında çıxış edən "Tartu" hələ yay fasiləsində Fəridi heyətinə qatmağa çalışsa da, İdman Akademiyasında təhsil alan futbolçunun sənədlərini vaxtında hazırlamaq mümkün olmayıb. Estonlar dekabrda açılacaq növbəti transfer pəncərəsində həmyerlimizin keçidini reallaşdırmaq niyyətindədir. 

Qeyd edək ki, Fərid tanınmış futbol mütəxəssislərimizdən olan Şahin Şahhüseyninin oğludur. Şahin müəllim hazırda "Neftçi" İK-də uşaq komandalarında çalışmaqla yanaşı, Region Liqasında debüt etməyə hazırlaşan "Kristal"ın baş məşqçisidir. 

Mirağa

Избранный
10
1
fanat.az

2Источники