İdman.biz-in əldə etdiyi məlumata görə, yığmaya böyük ehtimalla Azərbaycanın U-21 millisinin çalışdırıcısı Ayxan Abbasov rəhbərlik edəcək.
Mənbənin sözlərinə görə, hazırda müzakirələr məşqçinin namizədliyi ilə bağlı deyil, onunla imzalanacaq müqavilənin müddəti ətrafında aparılır. İki variant nəzərdən keçirilir: ya cari seçmə mərhələ bitənədək, ya da uzunmüddətli müqavilə bağlanacaq. Yaxın günlərdə bu məsələ həll olunacaq və yeni baş məşqçinin adı rəsmi olaraq açıqlanacaq.
Xatırladaq ki, portuqaliyalı mütəxəssis Fernandu Santuş 2026-cı il dünya çempionatının seçmə mərhələsinin ilk oyununda İslandiyaya 0:5 hesabı ilə məğlubiyyətdən sonra istefaya göndərilmişdi.
Ukrayna yığmasına qarşı Bakıda keçirilən oyunda Azərbaycan millisini gənclərdən ibarət yığmanın baş məşqçisi və o dövrdə "Şamaxı" klubuna rəhbərlik edən Ayxan Abbasov meydana çıxarmışdı. Komanda onun rəhbərliyi altında layiqli oyun göstərərək görüşü 1:1 hesablı heç-heçə ilə başa vurmuşdu.
10Источники
-
musavat.comAFFA onu millinin baş məşqçisi təyin edəcək ( 21653728)
-
demokrat.azAFFA onu millinin baş məşqçisi təyin edəcək ( 21646558)
-
ucnoqta.azAFFA onu millinin baş məşqçisi təyin edəcək ( 21646414)
-
editor.azAFFA onu millinin baş məşqçisi təyin edəcək ( 21644821)
-
gundem.azAFFA onu millinin baş məşqçisi təyin edəcək ( 21644164)
-
konkret.azAFFA millinin yeni baş məşqçisini müəyyənləşdirdi ( 21643495)
-
news.milli.azAFFA onu millinin baş məşqçisi təyin edəcək ( 21643357)
-
milli.azAFFA millinin yeni baş məşqçisini müəyyənləşdirdi ( 21643246)
-
icma.azAFFA millinin yeni baş məşqçisini müəyyənləşdirdi EKSKLÜZİV ( 21640897)
-
idman.bizAFFA millinin yeni baş məşqçisini müəyyənləşdirdi - EKSKLÜZİV ( 21640771)