RU

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ötdü

Azərbaycanda tibb müəssisələrində qeydiyyatda olan 6487 vərəm xəstəsi var.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Məlumata görə, ilk dəfə vərəm xəstəliyi diaqnozu qoyulanların sayı isə 2617-dir.

Onlardan 2030-u ağ ciyər, 82-si sümük və oynaqlar, 36-sı sidik-cinsiyyət orqanları, 301-i vərəmli plevrit, 36-sı döş qəfəsidaxili limfa düyünlərinin vərəmindən əziyyət çəkirlər.

Qeyd edilib ki, ötən il 219 nəfər vərəm xəstəliyindən vəfat edib.

"Cebheinfo.az" 

Избранный
19
8
cebheinfo.az

10Источники