RU

Keçmiş icra başısı Adnan Əhmədzadədən NƏLƏR YAZDI...

ain.az, Cebheinfo saytına istinadən bildirir.

“Bir neçə gündür ki, Adnan Əhmədzadə barədə yazılara, videolara, sosial şəbəkələrdə paylaşımlara və rəylərə rast gəlirəm. 

Bu adamı nə mən tanıyıram, nə də o, məni tanıyır. Mənim üçün maraqlıdır  ki, onu vaxtilə ortaya çıxaranı, onu bu pillələrə qaldıranları, onun təklifini verənləri, ona “krışalıq” edənləri, tədbirlərdə onu qarşılayıb zala birlikdə girənləri, onunla görüşüb öpüşənləri, qol-boyun gəzənləri , restoranlarda kabab yeyib qədəh qaldıranları hansı cəza gözləyir? O “insanlar“ xəcalət təri tökürlərmi? Telefonlarına zəng gələndə özlərini necə hiss edirlər ?”

“Cebheinfo.az” xəbər verir ki, bunu sabiq deputat, Naftalanın sabiq icra başçısı Musa Musayev deyib.

 

“Təsadüfən paylaşımları rastıma çıxırdı və baxanda təəccüblənirdim ki, bu adamın sifətindən savadsızlıq tokülür, lakin eyş - işrət içində yaşayır. Dünyaca məşhurları Azərbaycana gətirəndə artıq hiss etmişdim ki, dərs verməyin vaxtıdır. Onda ağıl olsaydı, barmaqlıqlar arxasında yatan korrupsioner və rüşvətxor məmurlardan özünə dərs almalıydı, düşünüb – daşınmalıydı. 

Düşünürəm ki, hələ çox şeylərin üstü açılacaq və xəmir çox su aparacaq. Gözləyək, görək”,-deyə o bildirib.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
cebheinfo.az

2Источники